ABŞ-ın Mərkəzi Bank funsiyasını yerinə yetirən Federal Ehtiyyat Sistemi (FED) uçot dərəcəsini 2-2,5%-dən 1,75-2%-ə endirib.
İnsider.az xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25% azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.
Xatırladaq ki, 2016-cı ilin sonunda FED uçot dərəcəsini 0,25-0,5%-dən 0,5-0,75%-ə kimi artırmışdı. Bu 2008-ci ildən bu yana ikinci artım idi. 2017-ci ildə FED uçot dərəcəsini 3 dəfə artırıb və ilin sonuna bu göstərici 1-1,25%-ə çatdı. Ötən ildə tənzimləyici dörd dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75%-ə, 13 iyunda – 1,75-2%-ə, 26 sentyabrda – 2-2,25%-ə və 19 dekabrda – 2,25-2,5%-ə kimi.