felestin-prezidenti-turkiyeye-gelir

Fələstin Prezidenti Türkiyəyə gəlir

Fələstin Prezidenti Mahmud Abbas iyulun 25-də Türkiyəyə rəsmi səfər edəcək.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər çərçivəsində Abbasın iyulun 25-də Ərdoğanla görüşü gözlənilir.

Fələstin Prezidenti iyulun 26-da Türkiyəni tərk edəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perespektivləri müzakirə olunacaq. Abbas Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib. Səfər zamanı "Türkiyə Fələstin rəhbərliyini və xalqını hər sahədə dəstəkləyir" dilə gətirib.

Report