21 iyun 2022-ci il tarixində “PwC Azərbaycan” şirkətinin dəstəyi ilə təşkil olunan “SAP NOW” Bakı Forumunda “PwC Azərbaycan”ın Texnologiya Lideri Fərid Qattal çıxış edib. Təqdimat zamanı Fərid rəqəmsal transformasiya sahəsində ən son yeniliklər və maliyyə xidmətləri sektorundakı trendlər barədə məlumat verib. Bank nümayəndələri üçün işgüzar səhər yeməyi zamanı Fərid gələcəkdə maliyyə xidmətləri sektorunda rəqəmsallaşma mövzusunda danışıb.
“Hər bir təşkilatın qarşısında duran əsas vəzifələrdən biri təkcə bu gün mövcud olan qlobal böhranı idarə etmək deyil, həmçinin gələcəkdə uğur qazanmaqda lazım olan dəyişiklikləri həyata keçirmək üçün öz qiymətli resurslarını effektiv şəkildə istifadə etməkdir. Rəqəmsal xidmətlərin genişləndirilməsi əsas uğur amilinə çevrilməkdədir”, Fərid öz çıxışında bildirib. Bundan əlavə, Fərid “Intelligent Enterprise” sessiyasına moderatorluq etmişdir.
Məsləhət Xidmətləri üzrə Partnyor, Emin Şıxqayıbovun rəhbərlik etdiyi Avrasiya Texnologiya komandası uzun müddətdir ki, regionda dövlət və özəl müəssisələrin rəqəmsal transformasiyasını dəstəkləyir və Mərkəzi Asiya və Qafqaz ölkələrində etibarlı SAP məsləhətçisidir.
Tədbir zamanı PwC Avrasiya regionunda “SAP” Layihələri üzrə Menecer Mixail Aseev Mərkəzi Asiyanın ən böyük plastik və alüminium istehsalçısı olan “AKFA Group”-da SAP S/4HANA-nın uğurlu transformasiyası haqqında məlumat verib.
JW Marriott Abşeron Bakı otelində keçirilmiş biznes transformasiyalarına həsr olunmuş illik “SAP NOW” Forumunda 250-dən çox nümayəndə iştirak edib. Əsas müzakirə qeyri-sabit iqtisadiyyat şəraitində müasir ağıllı müəssisənin uzunmüddətli davamlılığının təmin edilməsində texnologiyanın artan rolu mövzusu ətrafında aparılıb.