Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, fəaliyyətlərini “Fərqlənmə nişanı” əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən “icaze.e-gov.az” portalında qeydiyyatına başlanılıb.
DANX-dan verilən məlumata görə, bu saata qədər yük avtonəqliyyatı vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.