Türkiyədə meymunçiçəyi virusuna yoluxma sayı artıb.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca mətbuat konfransında deyib:
“Yoluxmaların sayı 11-ə çatıb. Bu, Türkiyə üçün qorxulu bir xəstəlik deyil. Problem olmayacaq.
Meymunçiçəyi xəstəliyi eyni mühitdə daha yaxın, daha uzun müddət qaldıqda yoluxur. Türkiyə üçün pandemiya və ya endemiya olacağına inanmırıq”.
Oxu.Az