fhn-de-islemek-isteyenlerin-nezerine

FHN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

FHN-dən verilən məlumata görə, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən​ Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub, dymx.surucu@fhn.gov.az elektron poçt ünvanına göndərməlidirlər:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə işə qəbul forması

Əlavə məlumat üçün (012) 512-08-91, (012) 512-08-92 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.