Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.
İnsider.az xəbər verir ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.
Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.
FHN-dən təyinatı təsdiqləyiblər.
G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:
“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.
©Modern.az