Fransanın "PSA Group" şirkəti ("Peugeot"nun istehsalçısı) və İtaliya-ABŞ şirkəti "Fiat Chrysler Automobiles NV" birləşmək barədə razılaşıblar. Birləşmə nəticəsində dünyanın ən böyük dördüncü avtomobil istehsalçısı yaranacaq.
İnsider.az xəbər verir ki, şirkətlər tərəfindən verilən açıqlamaya görə, Fransa və İtalya - ABŞ avtomobil istehsalçıları, yeni yaradılacaq şirkətdə bərabər (50/50) paya malik olacaqlar.
Birləşmə nəticəsində yaranacaq şirkət "PSA"nın İcraçı direktoru Carlos Traves və "Fiat"ın idarə heyətinin sədri John Elkann tərəfindən idarə olunacaq.
Bu birləşmə nəticəsində yaranacaq yeni avtomobil istehsalçısı 46 milyard dollarlıq bazar dəyəri ilə "Ford Motor"u geridə qoyacaq. Həmçinin, "PSA" və "Fiat" Almaniyanın "Volkswagen" şirkəti qarşısında güclənmək istəyirlər.
Birləşmə prosesi azı 1 il çəkəcək.
Bu sövdələşmə ildə 3,7 milyard avro vəsaitə qənaət etməyə, ildə 8,7 milyon ədəd avtomobil istehsal etməyə imkan verəcək.
Marja