filippinin-paytaxtinda-bas-veren-yanginda-azi-15-nefer-olub-foto

Filippinin paytaxtında baş verən yanğında azı 15 nəfər ölüb - FOTO

Manilada yaşayış massivində baş verən yanğında azı 15 nəfər həlak olub.

Məlumata görə, yanğın səhər tezdən, yerli vaxtla 05:30 (Bakı vaxtı ilə 01:30) radələrində başlayıb. İki saat yarımdan sonra yanğın söndürülüb.

Yanğından 3 nəfər xilas edilib. Onların vəziyyəti ilə bağlı təfərrüat verilmir.

Hazırda hüquq-mühafizə orqanları həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Bundan başqa, hadisənin baş vermə səbəbi və şəraiti də dəqiqləşdirilir.

 

Oxu.Az