financial-times-avropanin-senaye-fondu-yaradilacaq

Financial Times: Avropanın sənaye fondu yaradılacaq

Avropa İttifaqı (Aİ) dünyadakı rəqiblərdən geri qaldığı bəzi strateji sahələrə sərmayə qoymaq məqsədi ilə 100 milyard avro həcmində fond təsis etmək niyyətindədir.

İnsider.az xəbər ki, “Financial Times” məlumat yayıb. Məlumata görə, Aİ-nin müvafiq sənədlərində Avropanın Gələcəyi Fondu (European Future Fund) adı verilən yeni fond “Google”, “Apple”, “Alibaba” kimi nəhəng təsisatlarla rəqabət apara biləcək şirkətlərə, sənaye qruplarına sərmayə qoymaq üçün üzv ölkələr tərəfindən maliyyələşdiriləcək.

Belə bir fondun yaradılmasının Avropa işgüzar mühitini həm də subsidiyalarla bağlı olan haqsız rəqabətdən qoruyacaq “fəal sənaye siyasəti alətləri”ni yaratmaqla bağlı Fransa və Almaniya tərəfindən səsləndirilmiş çağırışlara uyğun olacağı da qeyd olunur.

Bu layihənin müəllifləri Avropa İttifaqı sərhədlərindən kənardakı şirkətlərin “Aİ innovasiya fəaliyyətlərinə, müəyyən sənaye sektorlarındakı vəziyyətinə sarsıdıcı zərbə endirə biləcək misilsiz maliyyə ehtiyatlarına malik” olduqlarını qeyd edirlər. Burada daha çox “Google”, “Apple”, “Facebook” kimi texnologiya nəhəngləri, həmçinin dünya rəqəmsəl sənayesinə hökmranlıq edən “Baidu”, “Tencent”, on-line ticarətində rəqib tanımayan “Amazon” və “Alibaba” kimi şirkətlər nəzərdə tutulur. “Avropada belə şirkətlər yoxdur. Bu da iqtisadi artım, iş yerləri, başlıca strateji sahələrdə Avropanın nüfuzuna təhlükə yaradır”, – Aİ-nin sənədlərində vurğulanır.

Report