finlandiya-resmi-olaraq-nato-ya-uzv-oldu

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu

Finlandiya rəsmi olaraq NATO-ya üzv olub.

Bu barədə Polşanın Baş naziri Mateuş Moraveski öz “Twitter” hesabında paylaşım edib.

Mateuş Moraveski ölkəni alyansın 31-ci üzvü olması münasibətilə təbrik edib.

“Finlandiya artıq NATO-dadır. Təbrik edirik!

Bu gündən alyansa 31 ölkə daxildir. Güclü tərəfdaşlar Polşanın, regionumuzun və bütün dünyanın təhlükəsizliyini təmin edir”, - deyə o, paylaşımında qeyd edib.