fitch-bu-il-azerbaycan-merkezi-bankinin-valyuta-ehtiyatlari-10-milyard-dollari-otecek

“Fitch”: Bu il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dolları ötəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2023-cü ildə 10 milyard ABŞ dollarından çox olacaq.

Bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

Agentlik qeyd edib ki, Azərbaycan 2015-ci ildən xarici ehtiyatlarını artırmağa nail olub. Bununla belə, 2022-ci ilin sonunda AMB-nin ehtiyatları 9 milyard ABŞ dolları (idxal təminatının 5 aylıq dəyəri) təşkil edib ki, bu da 2014-cü ilin ən yüksək səviyyəsi olan 14,1 milyard ABŞ dollarından (8 aylıq idxal təminatı) aşağıdır.

“Fikrimizcə, 2023-cü ilin sonuna qədər ehtiyatlar 10,2 milyard ABŞ dollarına yüksələcək və ortamüddətli dövr üçün əlavə artımlar nəzərdə tutulur. Xarici valyuta ölkənin 2022-ci ildə ÜDM-in 29,8%-ni təşkil edən böyük cari əməliyyatlar hesabının profisiti ilə bağlı qənaətlərdən əldə ediləcək. 2023-cü ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 26,9%-nə qədər azalacağını proqnozlaşdırırıq” - “Fitch Solutions” əlavə edib.

APA