fitch-cenub-qaz-dehlizi-nin-kredit-reytinqini-tesdiqleyib

“Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqləyib

“Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) xarici valyutada uzunmüddətli kredit reytinqini 'BB+' səviyyəsində təsdiqləyib.

İnsider.az bu barədə agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu reytinq SGC-nin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində avrobondlarına dair qiymətləndirməni özündə əks etdirir.