fitch-neft-qiymetlerinde-davamli-artim-ucun-hec-bir-esas-sebeb-gormur

Fitch neft qiymətlərində davamlı artım üçün heç bir əsas səbəb görmür

Hazırda neftin qiymətinin sabit artımı üçün heç bir fundamental səbəb yoxdur, neftin qiymətinin daha da artması tələbata və iqtisadi artıma mənfi təsir göstərə bilər. 

Bu fikri “Fitch” beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və əmtəələr üzrə baş direktoru Dmitri Marinçenko deyib.

Yanvarın 18-də Londonun ICE birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə 88 dollar/barel keçib. 

“Biz hesab edirik ki, hazırda kotirovkaların sabit artımı üçün heç bir fundamental səbəb yoxdur, əksər istehsalçılar 60 dollar və yuxarı qiymətə müsbət sərbəst pul axını yaradırlar. Qiymətlər artmağa davam edərsə, bu, tələbata təsir edə və iqtisadi artıma mənfi təsir göstərə bilər”,- Dmitri Marinçenko bildirib.

Marinçenkonun sözlərinə görə, hazırda neft bazarı həddindən artıq "qızıb". Ekspert bildirib ki, bu qismən koronavirus səbəbiylə yeni ciddi kilidlərin tətbiqi ehtimalının aşağı olması ilə bağlıdır. Eyni zamanda, neftə tələbat tezliklə pandemiyadan əvvəlki səviyyəyə çata bilər.

 "Əbu-Dabiyə pilotsuz təyyarə hücumu da qiymətlərin artmasına kömək edə bilər",- Marinçenko əlavə edib.