Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün proqnozu yaxşılaşdırıb.
Agentlikdən əldə edilən məlumata əsasən, uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozu “mənfi”dən “sabit”ə doğru dəyişib.
Agentlik SOCAR-ın reytinqini isə “BB+” səviyyəsində saxlayıb. Bərpa reytinqi isə “RR4” səviyyəsində müəyyən edilib.
Bildirilib ki, SOCAR tam olaraq dövlətin mülkiyyətindədir və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən şirkətin reytinqi Azərbaycan (“BB+” / Sabit) ilə bərabərləşdirilib.
Qeyd edək ki, SOCAR-ın müstəqil kredit profili isə “b+” səviyyəsində saxlanılıb.
Oxu.Az