Beynəlxalq reytinq agentliyi “Fitch” Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-”yə endirib. Reytinq üzrə proqnoz isə mənfidir.
İnsider.az-ın məlumatına görə, bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.
“Fitch” mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmağı, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməyi, eləcə də Rusiyadan “S-400” zenit-raket kompleksinin alınmağını gətirirlər.
Agentlik xəbərdarlıq edir ki, “S-400”-ü əldə etməyi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.
Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari ilin noyabrın 1-ə planlaşdırılırdı.
“Lakin “Fitch” düşünür ki, ölkədə baş verən hadisələr qrafikdən yayınmağı tələb edir”, - deyə məlumatda bildirilir.
© Oxu.az