Fitch Ratings, Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığortalanmamış zərərin 2 milyard dolları keçəcəyini, hətta 4 milyard dollara çatacağını proqnozlaşdırır.
Qlobal kredit reytinqi agentliyi Fitch Ratings, Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığortalanmamış zərəri ölçməyin çətin olduğunu, lakin itkilərin 2 milyard dolları, hətta 4 milyard dollara çata biləcəyini açıqlayıb.
Fitch Ratings, Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığorta zərərləri ilə bağlı hesabatında qeyd edib ki, bölgələrdə sığortadan istifadənin aşağı olması səbəbindən sığortalanmış zərərlər "çox aşağı"dır və təxminən 1 milyard dollara çata bilər.
Digər tərəfdən, qeyd olunub ki, sığortalanmış zərərlər təkrarsığorta yolu ilə böyük ölçüdə kompensasiya olunacaq.
Marja