forbes-idman-komandalarinin-en-zengin-sahiblerinin-reytinqini-hazirladi-top-10

“Forbes” idman komandalarının ən zəngin sahiblərinin reytinqini hazırladı – TOP 10

“Forbes” 2019-cu ildə bütün dünya üzrə 2153 milyarder hesablayaraq, onların məcmu sərvətini 8,7 trln dollar məbləğində dəyərləndirib. Son 10 ildə ikinci dəfədir ki, müvafiq olaraq milyarderlərin sayı 55 nəfər və onların məcmu sərvəti 400 mlrd dollar azalıb. Lakin idman komandalarının sahibləri üçün il uğurlu olub, belə ki, ən zənginlərin TOP-20-dən yalnız altısının sərvəti azalıb. 
Sərvətini 10 mlrd dollar artırmaqla hindistanlı iş adamı Mukeş Ambani reytinqdə liderliyi saxlayıb. Siyahının daxilində isə bəzi yerdəyişmələr olub. Belə ki, son 12 ayda uzun illər NBA (Milli Basketbol Assosiasiyası) və NFL-in (Milli Futbol Liqası) ümumilikdə beş komandasının sahibləri olan Pol Allen, Riçard Devos və Tom Benson dünyasını dəyişiblər. 
“Forbes”-in hesablamalarına əsasən, 60 milyarder müxtəlif idman növləri üzrə klubların ya sahibidir, ya da idarə edirlər. Onlara 70-dən artıq komanda mənsubdur, məcmu sərvətləri isə 391 mlrd dollar təşkil edir.

İnsider.az “Forbes”-ə istinadla idman komandalarının ən zəngin sahiblərinin TOP-10-nu təqdim edir:

1.Mukeş Ambani, Hindistan


“Forbes” 2019-un (həm bu, həm də qlobal reytinqdə) siyahısında №13 
Sərvət: 50 mlrd dollar
Yaş: 61
Biznes: Reliance Industries (neftkimya, reteyl, telekommunikasiya)
Komanda: “Mumbai İndians” (kriket)

2.Stiv Balmer, ABŞ


“Forbes” 2019-un siyahısında №19
Sərvət: 41,2 mlrd dollar
Yaş: 63
Biznes: Microsoft
Komanda: “Los-Anceles Klippers” (basketbol)

3.Aleksey Mordaşov, Rusiya


“Forbes” 2019-un siyahısında №48
Sərvət: 20,5 mlrd dollar
Yaş: 53
Biznes: “Severstal” (metallurgiya), TUI (turizm)
Komanda: “Severstal” Çerepoveç (hokkey)

4.Ditrix Mateşits, Avstriya


“Forbes” 2019-un siyahısında №53
Sərvət: 18,9 mlrd dollar
Yaş: 74
Biznes: Red Bull
Komanda: “New York Red Bulls”, “RB Leipzig”, “Red Bull Racing” (Formula-1) və digərləri

5.Hasso Plattner, Almaniya


“Forbes” 2019-un siyahısında №94
Sərvət: 13,5  mlrd dollar
Yaş: 75
Biznes: SAP (proqram təminatı)
Komanda: “ San Jose Sharks” (hokkey)

6.Roman Abramoviç, Rusiya

“Forbes” 2019-un siyahısında №107
Sərvət: 12,4 mlrd dollar
Yaş: 52
Biznes: “Yevraz”, “Norilskiy nikel”
Komanda: “Çelsi” (futbol)

7.Cim Retkliff, Böyük Britaniya

“Forbes” 2019-un siyahısında №110
Sərvət: 12,1 mlrd dollar
Yaş: 66
Biznes: Ineos Group (neftkimya)
Komanda: “Team Sky” (velosport)

8.Devid Tepper, ABŞ

“Forbes” 2019-un siyahısında №118
Sərvət: 11,6 mlrd dollar
Yaş: 61
Biznes: Appaloosa Management 
Komanda: “Carolina Panthers” (Amerika futbolu)

9.Filip Anşuts, ABŞ

“Forbes” 2019-un siyahısında №128
Sərvət: 10,9 mlrd dollar
Yaş: 79
Biznes: İnvestisiyalar 
Komanda: “Los Angeles Kings” (hokkey), “Los Angeles Galaxy” (futbol)

10.Mixail Proxorov

“Forbes” 2019-un siyahısında №139
Sərvət: 9,8 mlrd dollar
Yaş: 51
Biznes: İnvestisiyalar 
Komanda: “Brooklyn Nets” NewYork (basketbol)

Nigar Orucova