ford-rivian-a-500-milyon-dollar-maya-qoyacaq

“Ford” “Rivian”-a 500 milyon dollar maya qoyacaq

“Ford Motor” ABŞ-ın elektromobil istehsalçısı olan “Rivian”-a 500 milyon dollar investisiya ayıracaq. İnsider.az-ın məlumatına görə, bu barədə şirkət tərəfindən bildiriblər.

Əməkdaşlıq çərçivəsində “Ford”-un rəhbəri Co Hinriks “Rivian”-ın Direktorlar Şurasına daxil olacaq.

Bundan başqa, tərəflər “Ford”-un xəttinə daxil olacaq növbəti nəsil yeni elektromobilin yaradılması üzərində müştərək iş barədə razılaşıblar. Şirkət “Rivian”-ın elastik platformasını istifadə edəcək, gələcək avtomobil barədə digər təfərrüatlar naməlumdur.

Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş “Rivian”-ı “Tesla”-nın rəqibi adlandırırlar. Şirkət pikap və iri qabaritli avtomobillərin istehsalına 2020-ci ilin sonuna doğru başlamağı planlaşdırır. Bu elektromobillər, həmçinin, “Ford”-un istifadə edəcəyi platforma İllinoysdakı keçmiş “Mitsubishi” zavodunda buraxılacaq.

Xatırladaq ki, “Rivian”-ın digər investorları arasında “Amazon” internet-mağazası var. 2019-cu ilin fevralında riteyler partnyorları ilə birgə avtoistehsalçıya 700 milyon dollar investisiya qoymuşdu.

Samirə Məmmədova