forever-21-perakende-satis-sebekesi-iflas-olub

"Forever 21" pərakəndə satış şəbəkəsi iflas olub

Amerikanın geyim və aksesuar mağazalar şəbəkəsi olan "Forever 21" müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İnsider.az-ın məlumatına görə, bu barədə bazar günü şirkətin saytında dərc olunan bəyanatda deyilir.

Qeyd edək ki, sənəddən göründüyü kimi ABŞ-dakı mağazalarının bir hissəsi bağlanacaq. Digərləri isə öz fəaliyyətini davam etdirəcəkdir. "Forever 21" rəhbərliyi biznesi yenidən qazanclı etmək üçün yenidən qurulmaq niyyətindədir. CNN-in məlumatına görə, 800 mağazadan 180-ə qədəri bağlanacaq. Ticarət şəbəkəsi 1984-cü ildə qurulmuşdur. Baş ofisi Los-Ancelesin Kaliforniya ştatında yerləşir.

©Trend