formula-1-azerbaycan-qran-prisi-ucun-bilet-satisina-start-verilib

“Formula-1”: Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verib.

Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.

Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə üçgünlük tribuna biletləri ilə yanaşı, "Pit yolu gəzintisi” bileti də təqdim ediləcək.

Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula-1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.