"Formula 1" üzrə dünya çempionatının mərhələ yarışlarından biri 2025-ci ilə qədər Braziliyada keçiriləcək.
İnsider.az xəbər verir ki, San-Paulu Qran-prisinin təşkilatçıları "Formula 1" ilə müqavilənin müddətini uzadıb.
Yeni sözləşmə 2025-ci ilə qədər nəzərdə tutulur.
2021 mövsümündə bu ölkədəki yarış noyabrın 14-də gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.