Daha çox “Forsaj” adı ilə tanınan “Cəld və Hiddətli” (“The Fast and the Furious”) filmlərində istifadə edilən “Rally Fighter” avtomobilinin yaradıcıları -“Local Motors” şirkəti maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırdığını açıqlayıb.
Məlumata görə, mütəxəssislər uzun müddətdir ki, ABŞ hökuməti, eləcə də böyük IT şirkəti tərəfindən dəstəklənən “Olli” pilotsuz avtobus layihəsini həyata keçirməyə çalışıblar. Lakin bir neçə illik dizayn işlərindən sonra perspektivli maşınla bağlı işlər yarımçıq qalıb.
Amerikalı dizaynerlər “Rally Fighter” yolsuzluq avtomobilini kraudfundinq platformasından istifadə edərək hazırlayıblar. Layihədə bir neçə xarici ekspert iştirak edib.
Avtomobil geniş ictimaiyyətin o qədər xoşuna gəlmişdi ki, “Forsaj” franşizasının yaradıcıları bir neçə avtomobil aldılar.
Bundan əlavə, model “Forza” yarış oyunları seriyasında göründü.
2016-cı ildə müvəffəqiyyət dalğasında mühəndislər qismən 3D printerdə çap edilmiş 12 yerlik pilotsuz “Olli” avtobusu yaratmağa qərar verdilər.
ABŞ-ın bir sıra şəhərlərində hökumət avtomobilin sınaq istismarına icazə verməklə təşəbbüsü dəstəklədi. Bundan əlavə, avtonom idarəetmə sistemini hazırlamaq üçün IBM şirkətinin IT mütəxəssisləri layihədə iştirak etmək istəklərini bildirdi.
Ancaq altı il sonra, perspektivli layihə yarımçıq qaldı. Belə ki, işi başa çatdırmaq üçün “Local Motors”un dizaynerlərinin kifayət qədər maliyyəsi olmadı.
Bununla əlaqədar olaraq, şirkətin vitse-prezidenti Kris Stoner “LinkedIn” sosial şəbəkəsində fəaliyyətini dayandırmaq qərarını elan etdi.
Mənbə: Motor.ru