fortune-500-siyahisi-aciqlanib-xiaomi-ilk-defe-beynelxalq-siyahida

“Fortune 500” siyahısı açıqlanıb – “Xiaomi” ilk dəfə beynəlxalq siyahıda

Çinin smartfon və digər texnika istehsalçısı olan “Xiaomi” ilk dəfə olaraq “Fortune Global 500” mənfəət həcmi üzrə dünyanın ən iri şirkətləri reytinqinə daxil olub. Şirkət ötən il 26,44 milyard dollarlıq mənfəətlə 468-ci yer tutub – bu, bir il əvvəlki göstəricidən 55,9% çoxdur. Insider.az bu barədə xəbəri jurnala istinadla paylaşır.

Jurnalın məlumatına görə, “Xiaomi”-nin il üzrə gəliri 2 milyard dollar təşkil edib. Şirkətin aktivləri 21,15 milyard dollar, ştatı isə 16,68 min nəfər hesablanır.

“Fortune Global 500”-ün ilk onluğu isə belədir:

•    “Walmart” — 2018-ci ildə 514,4 milyard dollarlıq mənfəət (+2,8%), 6,67 milyard gəlir.
•    Çinin neft şirkəti “Sinopec” — 414,6 milyard dollar mənfəət (+26,8%), 5,84 milyard gəlir.
•    “Shell” — 396,5 milyard dollar mənfəət (+27,2%), 23,35 milyard gəlir.
•    “China National Petroleum” — 392,9 milyard dollar mənfəət (+20,5%), 2,27 milyard gəlir.
•    Çinin dövlət elektroşəbəkə korporasiyası “State Grid” — 387 milyard dollar mənfəət (+10,9%), 8,17 milyard gəlir.
•    Səudiyyə Ərəbstanın milli neft şirkəti “Saudi Aramco” — 355,9 milyard dollar mənfəət (+35,3%), 110,97 milyard gəlir.
•    “British Petroleum” — 303,7 milyard dollar mənfəət (+24,2%), 9,38 milyard dollar gəlir.
•    “Exxon Mobil” — 290,2 milyard dollar mənfəət (+18,8%), 20,84 milyard dollar gəlir.
•    “Volkswagen” — 278,3 milyard dollar mənfəət (+7%), 14,32 milyard dollar gəlir.
•    “Toyota Motor” — 272,6 milyard dollar mənfəət (+2,8%), 16,98 milyard dollar gəlir.

2018-ci ildə dünyanın 500 ən iri şirkətlərinin ümumi mənfəəti 32,7 trilyon dollar, gəliri isə 2,15 trilyon dollar təşkil edib. Cəmdə isə bu şirkətlərdə təxminən 69,3 milyon insan çalışır.

Xatırladaq ki, cari ilin mayında “Fortune” jurnalı 500 ən iri amerikan şirkətlərinin reytinqini dərc etmişdi – ilk 10-luğa “Walmart”, “Exxon Mobil”, “Apple”, “Berkshire Hathaway”, “Amazon”, sığortaçı “UnitedHealth Group” və əczaçı şirkəti olan “McKesson”, həmçinin apteklərin operatoru “CVS Health”, “AT&T” və əczaçı şirkəti “AmerisourceBergen” daxil olmuşdu.

Samirə Məmmədova