fosun-thomas-cook-un-yegane-sahibi-ola-biler

“Fosun” “Thomas Cook”-un yeganə sahibi ola bilər

“Thomas Cook Gorup” iyunun 10-u Çinin “Fosun Tourism Group”-u ilə öz turizm biznesinin satışı barədə danışıqlar apardığını təsdiqləyib.

İnsider.az  “Kommersant”-a istinadən bildirir ki, britaniyalı turoperatorun qeyd etdiyinə görə, bu, danışıqların satınalma haqqında formal təkliflə yekunlaşacağı mənasına gəlmir.

Qeyd edək ki, “Fosun Tourism Group” “Thomas Cook”-un 18% pay ilə ən iri səmdarıdır. İndi isə çinli konqlomerat britaniyalı operatoru tam şəkildə almaq istəyir. İlk dəfə bu barədə ötən cümə “Sky News”  telekanalı xəbər verdi. 

Yeri gəlmişkən, “Thomas Cook”1841-ci ildən fəaliyyət göstərən ən köhnə turizm şirkətidir. Şirkətin qərargahı Londonda yerləşir.

Samirə Məmmədova