Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.
İnsider.az xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.
Fövqəladə Hallar Nazirliyinə göndərilən sorğuya cavab olaraq, fakt təsdiqlənilib:
“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.