"Suez WTS France" şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.
İnsider.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti "Azure Biznes Mərkəzi" küçəsi, ev 15, mənzil 140 ünvanına bildirə bilərlər.
Suez - su, elektrik enerjisi, təbii qaz və tullantıların idarəedilməsi sahələrində fəaliyyət göstərən qabaqcıl Fransa şirkətidir. SUEZ Water Technologies & Solutions (WTS) şirkəti Suez qrupuna daxildir.
Marja