fransada-bu-eskinaslar-yenilenib

Fransada bu əskinaslar yenilənib

Bu gündən Fransada yeni 100 və 200 avroluq əskinaslardan istifadə ediləcək. 

İnsider.az xəbər verir ki, Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan yeni pul vahidləri 3D formatındadır. 

Belə ki, əskinasları tərpədən zaman kiçik avro simvolu rəqəm ətrafında fırlanır. Pullar yeni və daha müasir dizayna malik olmaqla yanaşı, yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanıb.

Əskinaslar daha kiçik olduqlarından istifadə üçün daha səmərəli və uzunömürlü olacaqlar. 

©"Report"