fransada-ictimai-yerlerde-tibbi-maska-taxmaq-bu-gunden-mecburi-olub

Fransada ictimai yerlərdə tibbi maska taxmaq bu gündən məcburi olub

Fransada ictimai yerlərdə tibbi maskalardan məcburi istifadə ilə bağlı qərar bu gündən qüvvəyə minib.

İnsider.az xəbər verir ki, bütün mağazaların qarşısında tibbi maskalardan istifadə edilməsi ilə bağlı lövhələr yerləşdirilib.

Yeni qərara əsasən, banklarda, mağazalarda, inzibati müəssisələrdə, muzeylərdə və s. yerlərdə tibbi maskalardan istifadə məcburidir. Tibbi maskalardan istifadə etməyənlər polis tərəfindən cərimə edilir. 

İctimai yerlərdə tibbi maskadan istifadə etməyənlər 135 avro məbləğində cərimə olunacaqlar. Bu hal təkrarlanarsa, cərimənin məbləği 1500 avroya qədər artır. Bir ay ərzində bu hal üçüncü dəfə qeydə alınsa, şəxs 6 ay müddətinə qədər həbs edilə bilər.

Xatırladaq ki, Fransa Səhiyyə Nazirliyi ölkədə koronavirusa 174 minə yaxın yoluxmanın qeydə alındığını açıqlayıb. Virusa yoluxanlardan 105 mindən çoxu xəstəxanaya yerləşdirilib, 30 mindən çox xəstə isə vəfat edib.