Fransanın Lill şəhərində “Müqəddəs Peter və Paul” kilsəsində güclü yanğın baş verib.
Bu barədə ölkənin Daxili İşlər naziri Jerald Darmanen öz “Twitter” səhifəsində məlumat verib.
Yanğının söndürülməsində 60-dan çox xilasedici iştirak edib.
Kilsənin dam örtüyünün yararsız hala düşdüyü bildirilir.