fransada-koronavirusa-qarsi-peyvend-mecburi-olur

Fransada koronavirusa qarşı peyvənd məcburi olur

Fransada koronavirusa qarşı peyvənd bütün yetkinlər üçün məcburi ola bilər.

Bu barədə “The Times” xəbər verib.

Bildirilir ki, Baş nazir Jan Kasteks Parlamentdən müvafiq qanunun perspektivlərini nəzərdən keçirməsini xahiş edib.

Qanunun əvvəlcə bütün tibb işçiləri və qocalar evinin işçiləri üçün, sonra da epidemiya vəziyyətindən asılı olaraq, yetkin əhalinin digər qrupları üçün nəzərdə tutulacağı ehtimal edilir.

Bildirilir ki, əhalinin peyvənd vurdurmaq istəməməsi hökumətin kollektiv immunitetə nail olmaq üçün lazım olan 80 faiz vaksin olunanlar hədəfinə çatmasına mane olur. Sorğulara əsasən, fransız yetkinlərin təxminən 20 faizi peyvənd vurdurmaqdan imtina edir. 18-24 yaş arasındakı gənclər arasında bu rəqəm 26 faizə yüksəlib. Hazırda Fransa əhalisinin 34 faizi tam vaksinasiyadan keçib, 51 faizi COVID-19 üçün bir doz preparat qəbul edib.

Fransanın səhiyyə naziri Olivye Veran koronavirusun Hindistan ştammının “delta” variantı səbəbindən ölkənin ayın sonuna qədər epidemiyanın dördüncü dalğası ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.