Fransada naməlum şəxslər Paris ətrafındakı bir məscidə hücum ediblər.
REN TV xəbər verir ki, vandallar avtomobillə məscidə girib, qapıları və pəncərələri qırıb, içəri yanğın söndürücü püskürdüblər. Yoldan keçənlər polis çağırdıqdan sonra onlar ərazidən uzaqlaşıblar.
Məlum olub ki, hadisəni törədənlər iki nəfər imiş.
Onlar izi itirməyə çalışaraq şəhərin kənarında maşını yandırıbar.
Hazırda polis həmin şəxslərin kimliyini və cinayətin motivlərini müəyyənləşdirməyə çalışır.