fransadan-renault-aciqlamasi

Fransadan "Renault" açıqlaması

Fransa hökuməti, Renault-Fiat birləşməsinin balanslı bir səhmdar quruluşu ortaya çıxarmasını istəyir.

İnsider.az xəbər verir ki, Fransa hökumətinin spikeri, Fransanın, Renault və Fiat Chrysler-in reallaşdıracaqları birləşmə çərçivəsində imzalanacaq səhmdar (pay) müqaviləsində Fransa və İtaliya arasında bir tarazlığın təmin ediləcəyi barədə zəmanətlər almaq istədiyini söyləyib.

Spiker, "Renault-un səhmdarı olan Fransa hökuməti, Fransadakı istehsal təsislərinin bağlanılmayacağı ilə bərabər müqavilədə bir tarazlığın təmin ediləcəyinə dair zəmanət istəyir" deyib.

©Marja