ft-deutsche-bank-50-milyard-avroluq-pis-bank-quracaq

FT: "Deutsche Bank" 50 milyard avroluq "pis bank" quracaq

"Financial Times"in  xəbərinə görə, Almaniya bankı "Deutsche Bank" 50 milyard avroluq "pis bank" quraraq "trading" fəaliyyətlərini gözdən keçirməyi planlaşdırır.

İnsider.az xəbər verir ki, məlumata görə, Bank, ABŞ səhmləri və əməliyyat fəaliyyətlərini ya azaldacaq ya da bitirəcək.

Söz mövzusu "pis bank" 50 milyard avroya (56.6 milyard dollar) qədər aktivlərə malik olacaq və sağlamlaşdırıldıqdan sonra satılacaq. Bankın aktivlərini əsasən uzunmüddətli törəmə məhsullar təşkil edəcək.

FT xəbərində qeyd edib ki, pis bankın yaradılması ilə "Deutsche Bank" investisiya bankçılığından əməliyyat bankçılığı (transaction banking) və özəl (sərvətin idarə edilməsi) bankçılığa istiqamətlənəcək. 

©Marja