Dünya iqtisadiyyatı “sinxron ləngimə” dövrünə qədəm qoyub.
İnsider.az bu barədə “The Financial Times” və “Brookings” analitik mərkəzinin araşdırmasına istinadla bildirir. Son yarım ildə ABŞ, Çin və Avropada bənzər proseslər gedir. Artım templərinin azalmasına geosiyasi qeyri-müəyyənlik və ticari müharibələr təsir göstərir.
Araşdırma müəllifləri qeyd edir ki, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə dövlət borcunun yüksək həddi iqtisadi artımın stimullaşdırılmasının vergi və büdcə üsullarını məhdud edir. Belə ölkələrdə aşağı faiz dərəcələri, həmçinin pul-kredit siyasətinin qeyri-ənənvi üsullarının tətbiqinə də əngəl olur.
“Brookings” dünya iqtisadi artımına təhlükə olan üç əsas faktoru ayırır: inkişaf etmiş iqtisadiyyatlarda artım impulsunun itirilməsi, istehlakçı əhvalının və işgüzar iqlim indekslərinin pisləşməsi, geosiyasi risklər, həmçinin ticari müharibələr və populizmin artması.
Dünya iqtisadiyyatının artım templərinin ləngiməsini bütün beynəlxalq təşkilatlar xəbər verir. Yanvar ayında Beynəlxalq Valyta Fondu dünya iqtisadiyyatının 2019-cu ilə artım proqnozunu 0,2 faiz dərəcəsindən — 3,5%-ə endirib, Dünya Bankı – 0,1 faiz dərəcəsinə kimi, 2,9%-ə qədər azaldıb. “Fitch” beynəlxalq reytinq agentliyi mart ayı hesabatında dünya iqtisadiyatının artımına dair 2012-ci ildən bəri yaxın iki il müddətinə “ən güclü ləngiməni” proqnozlaşdırıb. Avrokomissiya da Yunanıstan və Malta istisna olmaqla, bütün Avropa ölkələrinin iqtisadiyyatının artım proqnozunu mənfi verib.
Samirə Məmmədova