ftb-ve-immiqrasiya-xidmetleri-qeyri-qanuni-olaraq-abs-sakinlerinin-melumatlarini-elde-edib

FTB və immiqrasiya xidmətləri qeyri-qanuni olaraq ABŞ sakinlərinin məlumatlarını əldə edib

Federal Tədqiqatlar Bürosu və İmmiqrasiya və Gömrük Nəzarəti Bürosu öz tədqiqatlarında Nəqliyyat Vasitələri Departamentinin verilənlər bazasını istifadə edib. İnsider.az bu barədə  “The Washington Post”-a istinadla xəbər verir.

Cortaun universitetinin araşdırması göstərib ki, müstəntiqlər verilənlər bazasını “misilsiz müşahidə” üçün istifadə ediblər.

Nəşrin qeydinə görə, hüquq-mühafizə orqanlarının artıq çoxdan cinayətdə şübhəli olanlardan götürülmüş barmaq izləri, DNT və digər biometrik verilənlərə çıxışı var. Lakin departamentlərin bazalarında ştat sakinlərinin böyük əksəriyyətin şəkilləri saxlanılır ki, bunların da çoxu heç vaxt cinayət törətməkdə ittiham olunmayıb.

Üstəlik, bu məlumatların istifadəsinə nə Konqress, nə də ki ştatların qanunverici orqanları icazə verib. Həmçinin sürücülük vəsiqəsi almış şəxslər də öz məlumatlarının digər məqsədlər üçün istifadəsinə dair icazəyə imza atmayıblar.

Samirə Məmmədova