g7-liderlerine-plastikden-hazirlanmis-saat-hediyye-edilib

G7 liderlərinə plastikdən hazırlanmış saat hədiyyə edilib

Fransa prezidenti Emmanüel Makron G7 sammitinin iqlim üzrə sessiya iştirakçılarına okeandan toplanmış plastikdən hazırlanan qol saatı hədiyyə edib. İnsider.az-ın məlumatına görə, bu barədə avqustun 26-sı “BFMTV” telekanalı xəbər verib.

"İqlimə əsr olunmuş G7 sessiyası zamanı “Böyük yeddiliyin” rəhbərləri, dəvət edilmiş dövlətlər nümayəndələri və beynəlxalq təşkilatlar da fransız prezidentindən təqdim edilmiş hədiyyəni görüblər. Hədiyyə xüsusidir: okeanlarda yığılan materiallardan hazırlanmış və bask icması tərəfindən hazırlanmış plastik saat”, - ismarışda deyilir.

Qeyd edək ki, bugün Fransanın Biarritz şəhərində G7 sammitinin sonuncu günü baş tutur.