Rusiyanın “Gazprom” şirkətinin bazar dəyəri 95 milyard dollara çatır.
İnsider.az Moskva Fond Birjasının məlumatına istinadla xəbər verir ki, günün birinci yarısında “Gazprom”un səhmlərinin dəyəri 1,1 faiz artaraq 254,5 rubl təşkil edib. Bununla da, şirkətin səhmləri 2008-ci ilin avqustundan indiyədək ən yüksək səviyyəyə çatıb. “Gazprom”un bazar dəyəri isə 6 trilyon rubl (təxminən 94,7 milyard dollar) təşkil edib.
Beləliklə də, “Gazprom” təxminən 5,4 trilyon rubl bazar dəyəri olan “Sberbank”ı geridə qoyaraq yenidən Rusiyanın ən dəyərli şirkətləri arasında birinci yeri tutub.
©AZƏRTAC