gelen-hefteden-karbamid-zavodu-socar-in-idareciliyine-kececek

Gələn həftədən Karbamid zavodu SOCAR-ın idarəçiliyinə keçəcək

İyunun 20-dən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodu şirkətin idarəçiliyinə keçəcək.

İnsider.az xəbər verir ki, bu barədə jurnalistlərə Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

O qeyd edib ki, hazırda Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti ilə təhvil- təslim işləri həyata keçirilir: "Zavodda Sınaq-sazlama işləri tamamilə yekunlaşıb. İyun ayının əvvəlindən "Samsung Engineering" şirkəti ilə təhvil-təslim işləri aparılır.Bu işlərlə əlaqədar iyunun əvvəlindən zavodda istehsal dayandırılıb. Təhvil-təslim işlərinin iyunun 20-də yekunlaşması gözlənilir.Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq"-, deyə o əlavə edib. 

© Report