gelen-il-turkiyede-tetil-20-bahalasacaq

Gələn il Türkiyədə tətil 20% bahalaşacaq

2023-cü ilin yayında Türkiyədə tətil Rusiya vətəndaşlarına ötən mövsümlə müqayisədə 15-20% baha başa gələcək.

Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası  məlumat yayıb.

Qurum türkiyəli ekspertlərin rəyinə əsasən belə qənaətə gəlib.

Ege Dənizi Turoperatorları və Hotelçilər Assosiasiyasının prezidenti, həmçinin Türkiyə Hotelçilər Assosiasiyasının vitse-prezidenti Bülənt Bülbüloğlu bildirib ki, turların qiymətinin artması ilə əlaqədar bir çox istirahət edənlər tətil müddətini azaltmalı olacaqlar.

Türkiyə Hotelçilər Assosiasiyasının prezidenti Müberra Eresinin sözlərinə görə, hotel qiymətləri artıq 20% bahalaşıb, bəzi hallarda isə qiymət artımı 50%-ə çatır. Onun proqnozuna görə, növbəti mövsüm Türkiyə üçün əvvəlkindən qat-qat sərfəli olacaq.

Oxu.Az