2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.