gence-avtomobil-zavodunun-xalis-menfeeti-dord-defeye-yaxin-azalib

Gəncə Avtomobil Zavodunun xalis mənfəəti dörd dəfəyə yaxın azalıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi  (GAZ İB) 2021-ci ilin yekunlarına görə 2 022 227 manat xalis mənfəət əldə edib ki, bu da 2020-ci illə müqayisədə 3,7 dəfə azdır.

Bu barədə GAZ İB-nin maliyyə hesabatlarında qeyd olunub.

Bildirilir ki, hesabat dövründə avtomobil zavodu 1 849 084 manat (3,7 dəfə azalma) məbləğində mənfəət vergisi ödəyib.

Hesabata görə, GAZ-ın əsas əməliyyat gəliri 84 866 934 manat (2021-ci ildə 14,2% azalma), istehsal olunmuş məhsulların maya dəyəri isə 10,7 faiz azalaraq, 77 644 256 manat təşkil edib.

Nəticədə 2021-ci il üzrə ümumi əməliyyat mənfəəti 2 527 784 manat (azalma 3,4 dəfə) olub.

2021-ci ilin sonuna şirkətin aktivləri 97 722 454 manat (artım 20,3%), öhdəlikləri 66 096 970 manat (artım 29,3%) qiymətləndirilir.

Ötən ilin sonuna şirkətin məcmu kapitalı 31 625 484 manat (artım 5,1%), nizamnamə kapitalı 3 572 592 manat (dəyişməyib) təşkil edib.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabrından fəaliyyət göstərir. 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük maşınlarının və traktorların yığılmasını təşkil edir.

Oxu.Az