gence-sakini-mubahise-zamani-avtomobili-insanlarin-uzerine-surub-olen-ve-xesaret-alan-var-yenilenib

Gəncə sakini mübahisə zamanı avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var - YENİLƏNİB

Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.

O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

08:38

Gəncə şəhərində mübahisə edən qonşuları ayırmağa çalışan kişini avtomobillə vurub öldürüblər.

Gəncə şəhərində qonşular arasında mübahisə düşüb. Bu zaman onları ayırmağa çalışan, 1952-ci il təvəllüdlü Alim Müslüm oğlu Babayevi mübahisə edən qonşulardan biri "VAZ" markalı avtomobillə vurub.

O, ağır xəsarətlərə xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Qeyd edək ki, qonşular arasında düşən mübahisədə 1957-ci il təvəllüdlü S.Bağırova da müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Mübahisənin səbəbləri və hadisəni törətməkdə şübhəli bilinənin şəxsiyyəti hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report