gencler-fondu-2019-cu-ilin-birinci-yarisinda-gorulmus-isleri-muzakire-etdi

Gənclər Fondu 2019-cu ilin birinci yarısında  görülmüş işləri müzakirə etdi

4 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib. İclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilmiş və Gənclərin Məşğulluq Proqramı, Xaricdə Təhsil Proqramı, GəncLik və Yay Fest proqramları, 2019-cu ilin birinci yarısında  görülmüş işlər barədə hesabat iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

Daha sonra 2019-cu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənmiş, gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyən edilmişdir. XII qrant müsabiqəsinin 4 iyun 2019-cu il tarixindən elan olunmasına qərar verilmişdir. İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak etmişlər.