gencler-fondunun-musahide-surasinin-novbeti-iclasi-kecirilib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

İclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, “Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar dinlənildi. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli

Sərəncamından irəli gələn məsələlər müzakirə olunmuşdur. 

Həmçinin, iclas çərçivəsində  XIII qrant müsabiqəsinin (C kateqoriyası) üzrə nəticələri təsdiq edilmişdir.