genclerin-xaricde-tehsil-almasi-ucun-teleb-olunan-bal-mueyyenlesib

Gənclərin xaricdə təhsil alması üçün tələb olunan bal müəyyənləşib

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün seçim bir sıra meyarlar üzrə aparılacaq.

Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”sında öz əksini tapıb.

Qeyd olunub ki, proqram iştirakçısının bakalavriat səviyyəsi üzrə seçilməsi üçün namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması əsas meyarlardan biri olacaq.