“General Electric Ventures” vençur fondu öz 100-dən artıq layihədən ibarət stratap portfeli üçün alıcı axtarır. İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.
Nəşriyyatın məlumatına görə, portfelin satışı ana şirkəti olan “General Electric”-in maliyyə problemlərilə bağlıdır. 2019-cu ilin martın 31-ə olan vəziyyətə görə şirkətin 110 milyard dollar məbləğində borcu var, onun səhmləri isə son 12 aya 23% düşüblər.
“GE Ventures”-ə aşağıda bu startaplar daxildir:
• 3D-printeri tərtib etmiş və polimer qatranından bərk obyektləri çap edən “Carbon” — 542 milyon dollar
• Amerikada ailələr və ayrıca şəxslər üçün tibbi sığorta təqdim edən “Bright Health” — 440 milyon dollar
• Metallik obyektlər üçün 3D-printer yaratmış “Desktop Metal” — 434 milyon dollar
• Kapsulları 387 km/s kimi sürətini artıran yüksək sürətli tunel nəqliyyatı “Virgin Hyperloop One” — 318 milyon dollar
• Enerji saxlanması kommersiya sistemlərinin qabaqcıl təchizatçılarından biri olan “Stem” — 318 milyon dollar.
"GE Ventures"-un portfelindəki startapların top-20-liyi
“Crunchbase” resursuna görə, ümumilikdə “GE Ventures” startaplara təxminən 3,5 milyard dollar investisiya qoyub. Şirkət bu layihələri hissə-hissə satmağa hazır deyil – o, bütün porrtfeli bütöv olaraq alacaq müştərini tapmaq istərdi.
“GE Ventures” nümayəndəsi isə, öz növbəsində, startaplardakı paylarının mümkün satışını şərh etməyərək, şirkətin portfel layihələrini dəstəkləmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, “GE” vençur bölməsi 2013-cü ildə yaranıb. O, energetika, texnologiya və səhiyyə ilə bağlı startaplara investisiya ayırırdı.
Samirə Məmmədova