general-hikmet-hesenov-muavin-vezifesine-teyin-edildi

General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ

General Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-mayor Heydər Piriyevə müavin təyin edilib.

Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub. 

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.

Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

Həmçinin onu da qeyd edək ki, general Hikmət Həsənovun vəzifədən azad olunması xəbərini ilk manset.az saytı dərc etmişdi.

Sfera.az