getir-avropa-ve-abs-bazarlarindan-cekilir

“Getir” Avropa və ABŞ bazarlarından çəkilir

“Getir”, gəlirinin 7 faizini təşkil edən Avropa və ABŞ bazarlarından çəkiləcəyini, əsas bazarı olan Türkiyəyə diqqət yetirəcəyini bildirib.

Şirkətdən verilən açıqlamaya görə, “Getir” Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-ı tərk etmək qərarına gəlib. “Getir”in ABŞ-dakı törəməsi olan “FreshDirect” fəaliyyətini davam etdirəcək.

“Getir” paralel olaraq, “Mubadala” və “G Square”dən yeni maliyyə təmin etdi. Şirkət bu maliyyələşdirmədən Türkiyədəki biznesində rəqabət mövqeyini gücləndirmək üçün istifadə edəcək.

Şirkət həmçinin Böyük Britaniya, Almaniya, Hollandiya və ABŞ-dakı bütün əməkdaşlarına bu günə qədər çalışmalarına və nümayiş  etdirdikləri sədaqətə görə təşəkkür edib.

NTV.com.tr