“GitHub” tərtibatda kodun yoxlanılması üçün alətləri inkişaf etdirən “Pull Panda” startapını əldə edib. Sövdələşmə məbləğini tərəflər açıqlamır.
İnsider.az-ın məlumatına görə, bu haqda şirkətin bloqunda deyilir.
Sövdələşmədən sonra “Pull Panda” alətləri “GitHub”-da hamıya ödənişsiz olaraq əlçatan oldu. Startap üç servis təqdim edir:
• “Pull Reminders” tərtibatçının həmkarına kodun yoxlanılması lazım olduğu vaxt, tərtibatçıya avtomatik bildirişlər göndərir;
• “Pull Analytics” real vaxtda komanda işinin prossesinin effektivliyini izləməyə və ona düzəliş etməyə imkan verir;
• “Pull Assigner” kodu avtomatik olaraq yoxlamaq üçün komanda iştirakçıları arasında yayır.
2019-cu ildə iyunun ortalarına “Pull Panda” məhsulları ilə mindən çox şirkət, o cümlədən “WeWork”, “Pivotal Software” və “Instacar” faydalanır.
“Microsoft” nümayəndələri bildiriblər ki, “Pull Panda” alətlərini “GitHub”-a inteqrasiya etməyi planlaşdırırlar, lakin onlar vaxtı açıqlamayıbllar.
Qeyd edək ki, “Microsoft” “GitHub”-ı ötən ilin iyununda 7,5 milyard dollara əldə etmişdi.
Samirə Məmmədova